UNEC-in Biznes və logistika kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Simuzər Məmmədovanın həmmüəllifi olduğu “The Investigations for the Causality Connection Between Exports and Energy Consumption” (İxrac və enerji istehlakı arasındakı səbəb əlaqəsinin tədqiqi) mövzusunda elmi məqaləsi nüfuzlu “Emerald Publishing Limited” tərəfindən nəşr edilib.
Məqalə “Davamlı biznes layihələri üçün bərpa olunan enerji investisiyaları” (Renewable Energy Investments for Sustainable Business Projects) kitabında dərc edilib.
Simuzər Məmmədova, Artvin Çoruh Universitetinin tədqiqatçısı Zafer Adalı və UNEC-in əməkdaşı Ofelya Mazanovanın həmmüəllifliyi ilə yazılan məqalədə ixrac göstəriciləri və enerji istehlakı arasında səbəb-nəticə əlaqəsi tədqiq edilib. Araşdırılan ölkələrin iqtisadiyyatlarında bərpa olunmayan enerji istehlakının daha aktiv olduğu müəyyən olunub. Eyni zamanda inkişaf etməkdə olan ölkələrdə bərpa olunmayan enerji resurslarının iqtisadiyyatda rolunu azaltmaq üçün bərpa olunan enerji resurslarına daha çox investisiya yatırmaq və daha çox vəsait ayırmaq tövsiyə edilib.