UNEC Xanım Tədqiqatçılar Şurasının tədqiqatçısı Solmaz Əliyevanın məqaləsi SCOPUS indeksli Q3 kateqoriyalı Journal of the Serbian Chemical Society - JSCS-də nəşr edilib.
“Oksidləşdirici xlorofosforlaşma reaksiyası yolu ilə sintez edilmiş fosfoxlorlu polibutadien/karbon qara kompozitinin quruluşu və istilik sabitliyi” mövzusunda yazılan elmi məqalədə sənaye polimeri və ucuz doldurucu əsasında yeni növ homojen kompozit əldə olunması yolları tədqiq edilib.
Serbiyanın nüfuzlu elmi jurnalı olan “Journal of the Serbian Chemical Society”nin H indeksi 49 təşkil edir. Jurnalda fundamental və tətbiqi kimya sahələrinə aid məqalələr dərc olunur.