A

UNEC EFTİED-nin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva Litva Respublikasının Elm və Təhsil Nazirliyinin dövlət təqaüdünün qalibi olub.

Eyni zamanda, Vitautas Magnus Universitetinin (VMU) “Siyasi elmlər və diplomatiya” ixtisasından magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə məzunu olaraq, VMU-nun fəxri səfiri seçilib.

Nərgiz Hacıyeva bu il noyabrın 10-da Vitautas Magnus Universiteti və Litvanın Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “VMU Məzunlarının Dayanıqlığı və Optimizmi” adlı beynəlxalq məzunlar formunda “Elmi səlahiyyətlərin yolu: Litvadan dünyaya” (“Journey of Scientific Empowerment: From Lithuania to the world”) mövzusunda çıxış edəcək.

TOP XƏBƏRLƏR