UNEC EFTİED - Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri və İsveçrə Siyasi Elmlər Assosiyasının Empirik metodlar İşçi qrupunun direktoru Nərgiz Hacıyeva cari ilin fevral ayında İsveçrənin nüfuzlu St.Qallen Universitetində keçiriləcək Siyasi Elmlər və İqtisadiyyat üzrə illik elmi konfransda (SPSA) təşkilat komitəsinin sədr müavini kimi fəaliyyət göstərəcəkdir.
İsveçrə Xarici İşlər Departamentinin nümayəndələri, kanton universitetlərinin siyasi elmlər və iqtisadiyyat üzrə tanınmış alimləri və müxtəlif beyin mərkəzlərinin tədqiqatçılarının iştirak edəcəyi konfransda UNEC-in Xanım Tədqiqatçılar Şurası da təmsil olunacaq. Nərgiz Hacıyeva beynəlxalq konfransda 3 panelə rəhbərlik edəcəkdir.