A

UNEC-in “Maliyyə və audit” kafedrasının professoru Elnur Sadıqov Rusiya Hökuməti yanında Maliyyə Universitetinin Sankt Peterburq filialında keçirilən beynəlxalq konfransda "Müasir dövrdə ali təhsil müəssisələri sistemində təhsilin keyfiyyət göstəriciləri" mövzusunda çıxış edib.

Eyni zamanda professor Elnur Sadıqov Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt Peterburq Universitetində keçirilən Beynəlxalq elmi praktiki konfransda "İqtisadiyyatın kreditləşdirilməsi: şərq dünyasında ənənələr və yeni yanaşmalar" mövzusunda çıxış edərək, Beynəlxalq sertifikata layiq görülmüşdür.

Hər iki konfransda beynəlxalq sertifikata layiq görülən professor Elnur Sadıqovun məruzələri maraqla qarşılanıb və konfrans iştirakçılarının sualları ətraflı cavablandırılıb.

TOP XƏBƏRLƏR