A

Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Professorlar Klubu”nun təsis konfransı keçirilib.

Tədbirə kluba üzv olmaq məqsədilə müraciət edən UNEC professorları qatılıb.Professor Arif Şəkərəliyevin sədrliyi ilə keçirilən konfransda “Professorlar Klubu” təsis edilməsi barədə qərar qəbul edilib.“Professorlar Klubu”nun rəyasət heyətinin üzvləri – Əvəz Ələkbərov, İrşad Kərimli, Arif Şəkərəliyev, Məhiş Əhmədov və Fərhad Rəhmanov seçilib. İclasda kluba sədrlik Əvəz Ələkbərova həvalə edilib. Sədrin müavinin isə Fərhad Rəhmanov olması qərara alınıb.Konfransda klubun katibliyinə də seçkilər keçirilib. Rəhbər Nizami Xudiyev, üzvlər isə Elnur Sadıqov ilə Mübariz Bağırov olub.Klubun məqsədi klassik və müasir elmlərin nailiyyətləri ilə bağlı fikir mübadiləsi üçün toplantılar keçirmək, istedadlı gənc alimlərə hərtərəfli dəstək olmaq, respublikada və xaricdə müxtəlif elmi, mədəni-kütləvi tədbirlərdə təmsil olunmaqdır.Kluba üzvlük könüllüdür və nəzərdə tutulan məqsədlərə həmrəy olan hər bir professor və elmlər doktorları kluba qoşula bilər.Bildirilib ki, klub Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərovun təşəbbüsü ilə yaradılıb.

TOP XƏBƏRLƏR