A

UNEC-in Xarici Dillər Departamenti və Tərcümə Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Xarici Dillər Departamentinin direktoru, dosent Aysel Xəlilova açılış nitqində 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqillik mübarizəsində oynadığı əhəmiyyətli rolu vurğulayıb. O bildirib ki, həmin gün Azərbaycan xalqının milli birlik və azadlıq uğrunda göstərdiyi iradənin ən parlaq nümunəsidir.

Sonra Xarici Dillər Departamentinin əməkdaşları Sənubər Səfiyeva, Pərvanə Abbasova, Şəhla Kərimova və Ədilə Məlikova 1990-cı ilin yanvar ayında yaşadıqları hadisələr və o günlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Çıxışçılar 20 Yanvarın təkcə faciə deyil, həm də mübarizə və qəhrəmanlıq simvolu olduğunu vurğulayıblar.

Tərcümə Mərkəzində keçirilən tədbirdə isə Mərkəzin direktoru Nəcəf Nəbiyev çıxış edərək, 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətindən danışıb və bu günün xalqın yaddaşında silinməz iz buraxdığını qeyd edib. Tədbir zamanı əməkdaşlar həmin dövrdə şahidi olduqları hadisələrdən bəhs edib, şəhidlərin xatirəsini dərin hörmətlə anıblar.

Tədbir iştirakçıları xalqımızın müstəqillik uğrunda keçdiyi tarixi yola nəzər salıb və gələcək nəsillərə bu mənəvi irsin çatdırılmasının əhəmiyyətini qeyd ediblər.

TOP XƏBƏRLƏR