UNEC-in Rus İqtisad Məktəbinin (RİM) nəzdindəki "Tətbiqi iqtisadiyyat" kafedrasında 20 Yanvar hadisələrinin otuz beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib.
İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada çıxış edən ixtisas rəhbəri Mehriban Səmədova 20 Yanvar gününün həm hüzn, həm də qürur günü olduğunu qeyd edib. M.Səmədova 20 yanvar şəhidlərinin qanının yerdə qalmadığını, bu hadisələrin azadlıq uğrunda mübarizəyə ruhlandıran oyanış olduğunu söyləyib. O, bildirib ki, Azərbaycanın mərd oğulları ilk dəfə həmin tarixdə sovet rejminə, ordusuna qarşı əliyalın çıxaraq bütün dünyaya sübüt etdi ki, torpaq, xalq və azadlıq uğrunda biz canımızı fəda etməyə hazırıq. Tədbirin sonunda iştirakçılar həmin dövrə aid xatirələrini bölüşüblər.