×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi-Metodik Şurasının 14 iyun 2024-cü il tarixli 03 saylı protokoluna və Elmi Şuranın 23 dekabr 2024-cü il tarixli 199 saylı qərarına əsasən çapa tövsiyə olunmuş “Maliyyə təhlili” adlı dərslik işıq üzü görüb.

Dərsliyin birinci hissəsində təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin nəzəri əsasları, o cümlədən maliyyə-təsərrüfat fəaliyyəti təhlilinin təşkilatın idarəetmə sistemində rolu və təşkilatın təsərrüfat fəaliyyətinin təhlilinin iqtisadi-riyazi metodları verilmişdir.

İkinci hissə təsərrüfat subyektlərinin fəaliyyətinin kompleks maliyyə təhlili metodikası, o cümlədən maliyyə nəticələri, rentabellik və onun göstəricilər sistemi, təsərrüfat subyektlərinin işgüzar fəallığı, maliyyə vəziyyəti, inflyasiya və onun maliyyə nəticələrinə təsirinin təhlilinə xüsusi diqqət yetirilir. Ayrı-ayrı fəsillər təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin kompleks qiymətləndirilməsi metodikasına, habelə maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasında funksional diaqnostikanın metodologiyasına və metodikasına həsr olunmuşdur.

Dərslikdə maliyyə təhlilinin müxtəlif metodlarını xarakterizə edən analitik hesablamaların konkret məsələlər üzrə nümunələri verilmişdir.

Dərslik “İqtisadiyyat və idarəetmə” ixtisas qrupu üzrə təhsil alan tələbələr, doktorantlar, müəllimlər, maliyyəçilər, mühasiblər, auditorlar, iş adamları, o cümlədən maliyyə-iqtisadi təhlil ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Dərslikdə kommersiya subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin nəzəri və tətbiqi məsələləri müasir tələblərə uyğun təqdim edilir.

Dərsliyin müəllifləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov və həmin kafedranın professoru Hənifə Cəfərlidir.

TOP XƏBƏRLƏR