A

UNEC Elmi Fəaliyyətin Təşkili Şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi alim Nərgiz Hacıyeva "Nova Epoxa" (Новая Эпоха) xəbər platformasına müsahibə verib.

Müsahibədə Nərgiz Hacıyeva elmi fəaliyyəti, qazandığı uğurlar və keçdiyi həyat yolu haqqında geniş məlumat verib.

"Ürəyimdə elmə olan sevgi və Qarabağa sonsuz məhəbbət yanırdı…" («В моём сердце горел огонь научного стремления, бесконечная любовь к Карабаху…») başlıqlı müsahibədə Nərgiz Hacıyeva elmi araşdırmalarına başlama səbəbləri, qarşılaşdığı çətinliklər və Azərbaycanın elm sahəsindəki qadın tədqiqatçıların rolu haqqında fikirlərini bölüşüb. Müsahibədə o, gənc alim olaraq qazandığı uğurları, UNEC-də elmi fəaliyyətin stimullaşdırılması, UNEC Xanım Tədqiqatçılar Şurasının fəaliyyəti, elmi tədqiqatların beynəlxalq səviyyədə tanınması və Azərbaycan elminin dünya arenasında tanıdılması üçün gördüyü işlərdən danışıb. Hacıyeva Qarabağın işğaldan azad edilməsindən sonra elmi fəaliyyətlərində regionun iqtisadi və sosial potensialını araşdırmağı prioritet hesab etdiyini vurğulayıb.

Müsahibəni diqqətinizə təqdim edirik:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay