A

UNEC-in 95 illik yubileyi çərçivəsində Kitabxana-İnformasiya Mərkəzi və Biznes və menecment fakültəsinin təşkilatçılığı ilə dosent Nigar Hüseynovanın müəllifi olduğu “Reklam işi” kitabının təqdimat mərasimi keçirilib.

Kitab təqdimatını Elm və innovasiya məsələləri üzrə prorektor professor Rövnəq Rzayev açaraq, kitabın tələbələr və reklam sahəsində çalışan mütəxəssislər üçün önəmini vurğulayıb. Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova və fakültə dekanı dosent Mirağa Əhmədov kitabın elmi və praktiki əhəmiyyətinə toxunublar.

Müəllif, dosent Nigar Hüseynova, “Reklam işi” kitabı üzərində 3 il ərzində çalışdığını, müasir xarici mənbələrə əsaslandığını və kitabın həm tələbələr, həm də mütəxəssislər üçün faydalı olacağını bildirib.

Tədbirdə həmçinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov, “Biznes və logistika” kafedrasının müdiri dosent Məhəmməd Əliyev çıxış edərək kitabın praktiki əhəmiyyəti və geniş istifadəsindən danışıblar.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru t.ü.f.d. Adilə Abdullayeva yeni nəşr olunmuş “Reklam işi” kitabının UNEC-in sosial şəbəkələrində paylaşıldığını, tələbələr tərəfindən maraqla qarşılandığını və geniş istifadə edildiyi üçün “Həftənin kitabı” layihəsində təqdim edildiyini tədbir iştirakçılarının nəzələrinə çatdırıb. Eyni zamanda oxucuların istifadəsini asanlaşdırmaq üçün kitabın elektron kitabxanada da yerləşdiriləcəyini bildirib.

Tədbirin sonunda fəal tələbələrə kitab hədiyyə olunub və xatirə şəkilləri çəkilib.

TOP XƏBƏRLƏR