“UNEC müəlliminə 5 sual” layihəsi davam edir.
İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə reallaşdırılan layihənin məqsədi müəllimlərin tədris və elmi fəaliyyətini, fərdi inkişafla bağlı tövsiyələrini, müxtəlif məsələlərə şəxsi baxışlarını geniş auditoriya ilə bölüşməklə, onları tələbələrə və ictimaiyyətə daha yaxından tanıtmaqdır.
Layihənin bu dəfəki qonağı Türk Dünyası İqtisad Fakültəsi nəzdində fəaliyyət göstərən “İqtisadiyyat və işlətmə” kafedrasının direktoru Nurhoca Akbulayevdir. Tükr dilində dərs deyən Hurhoca Akbulayev layihə çərçivəsində ona ünvanlanan 5 sualı cavablandıraraq, maraqlı fikirlərini və tövsiyələrini bölüşüb.