A

UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimləri İbrahim Niftiyev və Vüsal Əhmədov Böyük Britaniyanın Kembric Universitetində keçirilən “9-cu Beynəlxalq Biznes, Menecment və Maliyyə” konfransında iştirak ediblər.

Konfrans çərçivəsində dünyanın 30-dan çox ölkəsindən olan alimlərin elmi tədqiqat nəticələrinə dair təqdimatları dinlənilib, aktual mövzular ətrafında müzakirələr aparılıb və geniş elmi fikir mübadiləsi həyata keçirilib. Tədbirdə Polşada yaşıl monetar siyasət təcrübəsi, Türkiyədə insan kapitalı subindeksinin regional trendləri, Macarıstanda ali təhsilin real sektor iqtisadiyyatına innovativ inteqrasiyası, eləcə də süni intellektin müxtəlif səviyyələrdə əmək məhsuldarlığına təsiri kimi mühüm mövzular müzakirə olunub.

Bununla yanaşı, UNEC müəllimləri “Baltik ölkələrində texnoloji qabiliyyətlər və iqtisadi inkişaf” mövzusunda hazırladıqları xülasəni konfrans iştirakçılarına təqdim edib, təqdimatla bağlı səsləndirilən konstruktiv təklifləri dinləyiblər.

Səfər çərçivəsində Beynəlxalq iqtisadiyyat və biznes kafedrasında beynəlxalq konfrans və simpozium təcrübəsinin tətbiqi ilə bağlı müşahidələr aparılıb. Eyni zamanda, İtaliyanın Padova Universiteti, Türkiyənin Uludağ Universiteti və Macarıstanın Con fon Neyman Universitetinin nümayəndələri ilə gələcək əməkdaşlıq imkanlarına dair ilkin müzakirələr keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay