UNEC Rus İqtisadiyyat Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov CBC telekanalının “Günün iqtisadiyyatı” proqramında ekspert qismində iştirak edib.

Verilişdə Azərbaycan neftinin onilliklər ərzində ilk dəfə Ermənistana çatdırılması kontekstində Cənubi Qafqaz regionunun regional və qlobal əməkdaşlığın mühüm mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda bu prosesin Ermənistan–Azərbaycan sülh prosesinə mümkün təsirləri, regional iqtisadi inteqrasiya və enerji əməkdaşlığının geosiyasi əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR