A

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının dosenti Kifayət Xudaverdiyevanın Elm Gününə həsr olunmuş “Azərbaycanın ziyalı xanımları” adlı kitabının təqdimatı keçirilib.

Nəşrdə Azərbaycanın elmi, mədəni, siyasi və ictimai həyatında mühüm iz qoymuş qadınların həyat və fəaliyyəti geniş şəkildə əks olunub. Kitabda Mehriban Əliyeva, Zərifə Əliyeva, Aida İmanquliyeva, Nərgiz Paşayeva, Leyla Əliyeva, Arzu Əliyeva, Gövhər Baxşəliyeva, Nailə Vəlixanlı, Zemfira Səfərova, Firəngiz Əlizadə, Bahar Muradova, Aynur Sofiyeva, Gülçöhrə Məmmədova, Mahirə Hüseynova, Telli Pənah qızı və digər tanınmış ziyalı xanımlar haqqında ensiklopedik məlumatlar təqdim olunub.

Təqdimat mərasimində millət vəkilləri, akademiklər, görkəmli alimlər, xalq artistləri, eləcə də müxtəlif qurumların nümayəndələri, o cümlədən BƏƏ səfirliyinin təmsilçiləri iştirak ediblər.

Qeyd olunub ki, nəşrin əsas məqsədi Azərbaycanın ziyalı xanımlarını beynəlxalq ictimaiyyətə tanıtmaq, ölkələrarası dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir. Kitab eyni zamanda Azərbaycan qadınlarının cəmiyyətin inkişafında oynadığı rolu daha dərindən təqdim edən mühüm mənbə kimi qiymətləndirilib.

Bildirilib ki, ensiklopedik nəşr tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün etibarlı məlumat mənbəyi olmaqla yanaşı, həm də bu günün və gələcəyin qadınlarının cəmiyyətdəki rolunun daha dolğun dərk edilməsinə xidmət edəcəkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay