A

Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin 10 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə və digər rəsmi şəxslər çıxış edərək, Mərkəzin ötən dövr ərzində həyata keçirdiyi fəaliyyət və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə DİM ilə səmərəli əməkdaşlığa, ekspert kimi göstərdikləri yüksək peşəkarlığa və bu sahədə verdikləri mühüm töhfələrə görə bir sıra mütəxəssislər Fəxri fərmanla təltif olunublar.

Təltif olunanlar arasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri də yer alıb. Belə ki, UNEC-in “Rəqəmsal iqtisadiyyat” fakültəsinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının baş müəllimi Reyhan Əzizova “İnformatika” fənni üzrə, həmin kafedranın müəllimi Məhəmməd Hüseynli isə “Riyaziyyat” fənni üzrə göstərdikləri uzunmüddətli və səmərəli fəaliyyətə görə DİM-in Fəxri fərmanı ilə təltif ediliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay