UNEC müəlliminin məqaləsi Türkiyənin ən nüfuzlu beyin mərkəzinin xüsusi bülleteni kimi nəşr edilib.
UNEC-in İqtisadiyyat və İşlətmə kafedrasının müəllimi Araz Aslanlının yazdığı “Rusiyanın Suriya siyasəti” başlıqlı məqalə Türkiyənin ən nüfuzlu beyin mərkəzlərindən biri olan ORSAM-ın (Ortadoğu Stratejik Araştırmalar Mərkəzi – Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi) xüsusi bülleteni kimi nəşr edilib.
A.Aslanlı əsərdə Rusiya Federasiyasının Suriya ilə bağlı siyasətinin tarixi köklərini, müasir beynəlxalq münasibətlər sistemində Suriyanın Rusiya üçün daşıdığı əhəmiyyəti, Rusiyanın Suriyadakı proseslərə müdaxilə vasitələrini təhlil edib. O qeyd edib ki, Rusiya üçün Suriya tarixi, strateji, iqtisadi, hərbi və digər səbəblərlə önəm daşıyır və hazırda Suriyadakı proseslərdə ən vacib mövqeyə malik olan ölkə də məhz Rusiyadır.
“Rusiyanın Suriya siyasəti” məqaləsini buradan oxuya bilərsiniz:
http://orsam.org.tr/files/Degerlendirmeler/75/75tr.pdf