×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-1695748a57f166003c2898dcdaa8c473.php


A

UNEC-in professoru Xanhüseyn Kazımlı Macarıstan dövlətinin “Zabitlər Xaçı ləyaqət ordeni” ilə təltif olunub.

Millət vəkili, professor Xanhüseyn Kazımlı Macarıstan-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə çatmasında və hər iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Macarıstan prezidenti Yanoş Ader tərəfindən yüksək dövlət ordeninə layiq görülüb. Macarıstanın Azərbaycandakı səfirliyində keçirilən təqdimolunma mərasimində Milli Məclisin komitə sədrləri, millət vəkilləri, UNEC-in rektoru, professor Ədalət Muradov, səfirlik əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Tədbirdə səfir Viktor Sederkenyi Macarıstan-Azərbaycan arasındakı əlaqələrdən söz açıb. Hər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdiyini bildirib. Səfir bu  münasibətlərin inkişafında parlament nümayəndələrinin danılmaz rolu olduğunu qeyd edib.

Yüksək ali mükafata layiq görüldüyü üçün Macarıstan prezidentinə və səfirə minnətdarlığını bildirən professor X.Kazımlı son illər Macarıstanla Azərbaycan arasında yüksək səviyyədə inkişaf etməkdə olan münasibətlərdən danışaraq, hər iki ölkənin prezidentlərinin bu istiqamətdə əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Qeyd edək ki, professor X.Kazımlı 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki UNEC) laborant, müəllim, dosent, prorektor, kafedra müdiri vəzifələrində çalışıb. Eyni zamanda II, III, IV, V çağırış Milli Məclisin deputatıdır. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. 50-dən çox monoqrafiyanın və dərsliyin, 300-dən çox elmi-publisistik məqalənin müəllifidir. 

TOP XƏBƏRLƏR