Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimlərinin analitik məqaləsi Fransanın Müdafiə Nazirliyinin xəbər bülleteninə daxil edilib.
AZƏRTAC xəbər verir ki, UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Turan Süleymanov və İqtisadiyyat və biznesin idarəedilməsi kafedrasının müəllimi Bəhruz Babayevin Türkiyənin Azərbaycanın sadiq tərəfdaşı olmasına dair birgə məqaləsi sentyabr ayında seçilərək Fransanın Müdafiə Nazirliyinin 2020-13 saylı xəbər bülleteninə daxil edilib. Məqalədə Azərbaycan-Türkiyə arasında iqtisadi və geosiyasi əlaqələr təhlil edilərək, strateji-iqtisadi əməkdaşlığın əhəmiyyəti vurğulanır.
Xatırladaq ki, bu məqalə sentyabrın 25-də Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Tədqiqatlar Proqramının birgə nəşri olan “The Turkey Analyst”də dərc edilib.