A

UNEC-in dosenti Rövşən Həsənov Qarabağın işğaldan azad edilməsi və Vətən müharibəsində Qələbə qazanmağımız münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə “Şərəfnamə” adlı şeir ithaf edib.

                 ŞƏRƏFNAMƏ

“Baş Komandan” dedik sənə - əsgər oldun Vətənə!

Sən millətin iman yeri - sipər oldun düşmənə!

Bu millətə məşəl olub, işıq saçdın Vətənə!

Sən millətin haqq səsisən - həqiqətsən, doğrusan!

Bu vətənin vüqarısan – Azərbaycan oğlusan!

Bir ildırım parçasısan - türkün vuran qolusan!

Vətən sənin ümüd yerin - Sən vətənin canısan!

Üçrəngli bayrağımızın öpərək yanağından!

Azərbaycan bayrağını zirvələrə daşıyan!

Bu Vətənin vüqarısan -  Azərbaycan oğlusan!

Şimşək olub çaxacaqsan - tale sənə yar olsun!

Göz yaşında boğulmasın - analarçün doğuldun!

Düşmənlərə göz dağısan - haqqa çıraq tutursan!

Vətən sənin qan yaddaşın, sənsə igid oğlusan!

Bu vətənin vüqarısan - Azərbaycan oğlusan!

Bu millətin qəlbində Sən qala qurdun vaxtında!

Xalqın sənlə qürur duyur - dastan yazır haqqında!

“Elin gözü tərəzidir”- söylənən söz düz olar!

Xalq sənindir, Sən də xalqın, bu xalqın baş tacısan!

Bu vətənin vüqarısan - Azərbaycan oğlusan!

İlhamısan bu millətin, Tanrı sənə yar olsun!

“Yaşa əsgər” sən yaşa ki, xalqın üzü ağ olsun!

Xalqımızın qürur yeri var ol, millət var olsun!

Al bayrağı tax Şuşaya - bu müqəddəs məkandır!

Xalq İlhamla  hayqıracaq bura Azərbaycandır!

Qarabağ bizimdir!

QARABAĞ AZƏRBAYCANDIR!

TOP XƏBƏRLƏR