A

unecon.ru

UNEC “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqov Sankt Peterburq Dövlət İqtisad Universitetində qonaq professor qismində distant mühazirə keçib.

UNEC professoru “Maliyyə və kredit” ixtisasında təhsil alan tələbələrə pandemiya dövrundə əhaliyə, eləcə də kiçik və orta biznesin fəaliyyətinə dövlətin maliyyə dəstəyindən bəhs edib. Maliyyə dəstəyinin həyata keçirilməsində bankların rolundan danışan E.Sadıqov bu istiqamətdə Azərbaycan təcrübəsini bölüşüb. Tələbələrin maraqla dinlədikləri mühazirədə mövzu ilə bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, UNEC professoru E.Sadıqov 1988-1991-ci illərdə Sankt Peterburq Dövlət İqtisad Universitetində aspirantura, 2001-2005-ci illərdə isə doktorantura təhsili alıb.

TOP XƏBƏRLƏR