×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC nəzdində Sosial-İqtisadi Kollecinin direktoru Vidadi Orucovun 65 yaşı tamam olub.

Vidadi Orucov 1956-cı il may ayının 12-də Ulu Borçalı mahalının qədim Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl-kilsə kəndində anadan olub.

1973-cü ildə Qızılkilsə kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olub. 1982-ci ildə  həmin universiteti  bitirib.

1998-ci ildə “Karbon və azot atomlarının dəmir-nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-Tikinti İdarəsində fəhləliklə başlayıb. 1983-cü ildə Bakı şəhər 25 saylı texniki-peşə məktəbinin azad komsomol təşkilat katibi, 1990-cı ildə Nizami rayonu “Bilik” cəmiyyətinin məsul katibi, 1992-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili İdarəsində mütəxəssis vəzifəsində çalışıb.

1997-ci ildən Bakı Sənaye-Pedaqoji kollecinin direktoru vəzifəsinə təyin olunub və 20 il bu təhsil ocağına rəhbərlik edib.

2016-cı ildən Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktorudur.

Vidadi müəllimi 65 illik yubiley münasibətilə təbrik edirik, uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR