A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrasının  dosenti, iqtisad elmləri doktoru, “Fulbright” roqramının təqaüdçusu Müslüm İbrahimov Texas Ştatında West Texas A&M Universitetinin professor-müəllim heyəti, tələbə və digər qonaqlar üçün “Azerbaijan: Developing Links between Central Asian countries and Europe” (Azərbaycan: Mərkəzi Asianı və Avropanı birləşdərən mühüm vasitəçısi kimi) adlı təqdimatla çıxış edib.Məruzədə Azərbaycanın siyasi və iqtisadi dayanıqlı ölkəyə çevrilməsinə təsir göstərən sosial-iqtisadi inkişaf meyilləri, inkişaf mərhələlərindən söz açılıb. Avropa və Asia ölkələrin iqtisadi-ticarət əlaqələrinin möhkəmləndiriliməsi istiqamətləri üzrə mühüm yer tutan əsas amillər təhlil olunub. Bundan başqa Cənubi Qafqazın geoiqtisadiyyatı, Azərbaycan Respublikasının tarixi, daxili və xarici siyasəti, mədəniyyəti və digər istiqamətlər haqqında məlumatlar verilib.Məruzədə Dağlıq Qarabağ və Xocalı Soyqırımı hadisələrinə geniş yer ayırılıb. Azərbaycanda 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinin və 2015-ci ildə Birinci Avropa oyunlarının keçirilməsi haqqında məlumat verilib.

Tədbirdə Türkiyə, Qazaxıstan və Rusiya vətəndaşları olan West Texas A&M Universitetinin tələbələri də iştirak edib. 

TOP XƏBƏRLƏR