A

UNEC-in  Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və dekan müavini Abdulkərim Sadıqov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası ilə birgə təşkil etdiyi “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Peşəkar mühasib sertifikatı”na həsr olunan tədbirdə iştirak ediblər.

Tədbirdə sahibkarlara və mühasiblərə “Peşəkar mühasib sertifikatı”nın əhəmiyyəti, üstünlükləri, sertifikasiya imtahanlarına hazırlıq, imtahanlardan azadolmalar, peşəkar üzvlük və digər məsələlərlə bağlı ətraflı məlumat verilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR