A

UNEC Biznes Məktəbinin Biznesin idarə edilməsi kafedrasının müəllimi Könül Kərimova Macarıstanın Szeged Universitetinin ali mükafatı ilə təltif olunub.

Azərbaycan və Macarıstanın təhsil proqramı çərçivəsində Szeged Universitetində doktorantura təhsili alan UNEC müəllimi həmin universitetdən ən yüksək nəticə ilə məzun olub. Könül Kərimovanın "The relationship between listening and reading skills with self-concept of English and Russian in Azerbaijan” mövzusunda dissertasiya işi ən yüksək (100) balla qiymətləndirilib.

Doktorantura pilləsini ən yüksək nəticə ilə bitirdiyi və təhsilində fərqləndiyi üçün Szeged Universitetinin rektoru professor Lazlo Povo təmsil etdiyi universitetin “Pro Laudanda Promotione” ali mükafatını UNEC-in müəlliminə təqdim edib. Əcnəbi təhsilalanlar üçün nəzərdə tutulan mükafatı hər fakültədən yalnız bir məzun əldə edə bilir.

Qeyd edək ki, Könül Kərimovanın 2 elmi məqaləsi Web of Science, bir məqaləsi isə  Scopusda indekləşən Q1 və Q2 kvartilli jurnallarda dərc olunub. Bununla yanaşı, K.Kərimova nüfuzlu EARLI konfransında iştirak edib, H-indeksini formalaşdırıb.

Könül xanımı təbrik edirik, uğurlarının davamlı olmasını arzulayırıq!

 

TOP XƏBƏRLƏR