A

Yay oxularının bu sayında UNEC ailəsinin üzvləri türkdilli xalqların ədəbiyyatını, mədəniyyətini, folklorunu əhatə edən üç cildlik “Türk xalqları ədəbiyyatı antologiyası”ndan bir sıra müəlliflərin əsərlərini mütaliə ediblər.  

Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Dünya ədəbiyyatı antologiyaları seriyası” altında çap edilmiş türkdilli xalqların görkəmli yazıçı və şairlərinin seçilmiş əsərlərindən bir neçəsini iştirakçılar üçün oxuyub. 

Burada ilk növbədə Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi əsər- cənublu şair Məmmədhüseyn Şəhriyar tərəfindən qələmə alınmış Azərbaycan dilinin özünəməxsus orijinal ahəngi olan cənub dialektində yazılmış “Heydər babaya salam” poeması mütaliə edilib. On illər boyu doğma yerlərdən, əziz adamlarından ayrı düşmüş Şəhriyarın vətən nisgilini əks etdirən poemada xalqın tarixi taleyi, Azərbaycanın başına gələn böyük faciələr, sarsıdıcı ictimai hadisələr barədə müzakirələr səsləndirilib. 

Daha sonra kitabda yer almış Əziz Nesin, Nazim Hikmət, Abdulla Tukay, Çingiz Aytmatov, Camal Sureyya, Əlişir Nəvai, Mehmet Akif Ersoyun müxtəlif mövzularda əsərlərindən parçalar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

 

TOP XƏBƏRLƏR