Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr tarixlərində Goranboy Olimpiya İdman Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin iştirakı ilə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi baş tutub.
Düşərgədə UNEC-in professor-müəllim heyəti ilə birlikdə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal tələbələri də iştirak ediblər. Düşərgədə fəxri qonaq olaraq Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və Olimpiya mükafatçısı Həsrət Cəfərov da gənclərlə birgə olub.
UNEC tələbələrinin iştirakı ilə baş tutan düşərgə hərbi simulyativ formatda keçirilib. Gənclər üçün maraqlı hərbi təlimlər, idman və hərbi-idman oyunları, intellektual oyunlar, həmçinin "Məclisi-üns" bədii gecəsi təşkil edilib.