A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri “2025-ci ilin Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında təşkil edilən “Azərbaycan Doğma Diyar” adlı kitab və rəsm sərgisində iştirak ediblər.

UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova, UNEC Dizayn məktəbinin professor-müəllim iştirakı ilə keçirilən tədbirdə tələbələrə Azərbaycan dövlətçiliyinin tarixi, Konstitusiyanın əhəmiyyəti və milli suverenlik anlayışı barədə ətraflı məlumat verilib.

"Azərbaycan Doğma Diyar" adlı kitab və rəsm sərgisində fərqlənən UNEC Dizayn məktəbi tələbələrinə sertifikatlar təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay