A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin birgə qərarı əsasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi keçirilib.

Tədbir Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün də uğurla davam etdirilir. 2025-ci ilin 10 may tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə ehtiram əlaməti olaraq ali təhsil müəssisələrinin tələbələri arasında milli vətənpərvərlik, mədəniyyətimizə, tariximizə, incəsənətimizə və milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunmasını təşviq etmək məqsədilə bədii yaradıcılıq müsabiqə-festivalı təşkil ediləcək.

Müsabiqənin ali təhsil müəssisələrində təşkil edilən seçim mərhələlərindən uğurla keçən iştirakçılar yekun konsert proqramında iştirak edəcəklər.

UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, Azərbaycan Respublikasının Xalq artisti, Münsiflər heyətinin sədri Mübariz Tağıyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Xalq artisti Gülyanaq Məmmədova, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət xadimi və yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Qarabağ Universitetinin İncəsənət fakültəsinin instrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli UNEC-də keçirilmiş seçim mərhələsində iştirak ediblər.

Tədbirdə UNEC-in Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələr maraqlı rəqs və musiqi nömrələri ilə çıxış ediblər.

TOP XƏBƏRLƏR