A

UNEC-in Mühəndislik fakültəsinin tələbələri Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə mentor Adilə Süleymanovanın rəhbərliyi ilə Azərbaycan Neft Kimya İnstitutunda yerləşən akademikin Memorial Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı tələbələr görkəmli Azərbaycan alimi, tanınmış kimyaçı və ictimai xadim Yusif Məmmədəliyevin həyatı, elmi fəaliyyəti və qazandığı uğurlarla yaxından tanış olublar. Muzeydə nümayiş olunan qısa film vasitəsilə alimin elmi nailiyyətləri və kimya sənayesinə verdiyi töhfələr haqqında ətraflı məlumat əldə edilib.

Memorial Muzeyin direktoru, kimya elmləri doktoru, professor Reyhan Əliyeva tələbələrə akademikin həyat yolu, ixtiraları, kəşfləri və Azərbaycan elminin inkişafında oynadığı roldan bəhs edib.

Sonda tələbələr ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay