UNEC-in “Dizayn” kafedrasının müəllimi Anar İsgəndərovun fərdi sərgisi keçirilib.
Müasir İncəsənət Mərkəzində təşkil olunan “Dialoq” adlı sərgidə rəssamın boyakarlıq, qrafika, dekorativ və dizayn işləri nümayiş olunub. Sərginin açılışında UNEC-in professor-müəllim və tələbə heyəti, tanınmış incəsənət xadimləri iştirak edib.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov müəllifi ilk şəxsi sərgisinin keçirilməsi münasibəti ilə təbrik edib. O, A.İsgəndərovun əl işlərini yüksək qiymətləndirərək, rəssamın yaradıcılığı barədə fikirlərini bölüşüb.
Ziyarətçilərin maraqla izlədikləri sərgi iki gün davam edib.