UNEC Dizayn məktəbinin tələbələri Hərbi Qənimətlər parkında keçirilən Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Zəfərdən-zəfərə” adlı rəsm sərgisində iştirak ediblər.
Sərginin keçirilməsində məqsəd azad olunmuş ərazilərin füsunkar təbiətinin, mədəni irs nümunələrinin təsvir və tərənnümü, müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və böyük tarixi Zəfərin rəssamların peşəkarlığı və yaradıcılıq məharəti ilə rəsm əsərlərində nümayiş olunmasıdır.
Tədbirdə Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova çıxış edərək UNEC Dizayn məktəbinin tələbələrinin əsərlərində Vətənə sevgi, yurd azadlığı naminə mübariz igidlərmizin obrazlarına çəkilən kompozisiyanın əks olunduğunu bildirib.
Tədbirin sonunda Veteran Tankçılar İctimai Birliyi tərəfindən rəsm sərgisində fəal iştirak edən tələbələrə diplomlar təqdim olundu.