A

UNEC-də 10 mart - Milli Teatr gününün yaradılmasının 150-illik yubileyinə həsr olunan sərgi keçirilib.

Dizayn məktəbi və Əzim Əzimzadənin mənzil muzeyinin təşkilatçılığı ilə keçirilən sərginin açılışında məktəbin direktoru dosent Lalə Məmmədova Azərbaycanda milli teatrın yaranmasından, məşhur teatr sənətçilərimizin səhnə obrazlarından, canlandırdıqları rollardan danışıb. O, teatrın insana təsiretmə gücünün böyük olduğunu və dünyagörüşünün zənginləşməsində özünəməxsus rol oynadığını bildirib.

Sonra Ə.Əzimzadə adına Mənzil Muzeyinin direktoru İradə Əzimzadə xalq rəssamı Əzim Əzimzadənin teatrlara verdiyi töhfələrdən söz açıb. Dahi rəssamın yaradıcılığı boyu teatr rəssamlığı ilə məşğul olduğunu, onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyaların Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verdiyini tələbələrin diqqətinə çatdırıb.

Sonda sərgidə iştirak edən tələbələr Fəxri fərmanlarla təltif olunublar.

TOP XƏBƏRLƏR