A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dünya iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant Fədai Mərdanlı Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) magistratura pilləsində təhsil alan tələbələri üçün "COP29: Cari və uzunmüddətli perspektivlər" mövzusunda  təqdimatla çıxış edib.

Təqdimat çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tarixi, prinsipləri, indiyədək alınmış qərarlar haqqında ətraflı məlumat verib. F.Mərdanlı təqdimatında COP29-un Dayanıqlı İnkişaf Məqsədləri və Yaşıl İqtisadiyyat müstəvisində əhəmiyyəti, COP 29-un əvvəlki COP-larda alınan qərarlarının monitorinqi və gələcək COP-lar arasında öhdəliklərdə körpü rolunun əhəmiyyəti haqqında iştirakçılara məlumat verib.  Həmçinin o, Azərbaycanın ev sahibi kimi bu tədbirdə xüsusi rolu, alınacaq qərarların qlobal sferada cari və uzun müddətli perspektivləri, mümkün gözləntilər üzrə danışıb.

Yekunda iştirakçılarla fikir mübadiləsi apararaq, tələbələrin suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR