A

2020/2021-ci tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq.

Abituriyentlərin sənəd qəbulu prosesini asanlaşdırmaq məqsədilə UNEC-də onlayn proqram təminatı hazırlanıb. UNEC-ə qəbul olan abituriyentlər, universitetə gəlmədən rahat formada qeydiyyatdan keçə biləcəklər. Onlayn sənəd qəbulu həm regionlarda, həm də şəhərdə yaşayan abituriyentlər, eləcə də onların valideynləri üçün əlavə zaman itkisinin qarşısını alaraq, onlara böyük üstünlük qazandırmış olacaq.

UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayevin rəhbərliyi və müvafiq struktur bölmələrin iştirakı ilə UNEC-ə qəbul olan abituriyentlərin sənəd qəbulu prosesinin onlayn aparılması məqsədilə hazırlanmış onlayn sənəd qəbulu platformasının ilkin nümayişi olub.

Bildirilib ki, abituriyentlər sənədlərin elektron versiyasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az)  daxil olaraq,  tələbə kabineti  qeydiyyat bölməsinə keçid almaqla  (kabinet.unec.edu.az)  sistemə yükləməlidirlər. Sənəd qəbulunun daha rahat formada aparılması məqsədilə sənədlərin elektron versiyasının sistemə yüklənməsi tələb olunur. Abituryentlərin bir çox şəxsi məlumatlarının DİM-dən birbaşa sistemə inteqrasiyası təmin edildiyi üçün lazımi digər sənədlər sistemə yüklənəcəkdir. Bütün prosesi izah edən yazılı və  video təlimatı hazırlanaraq, universitetin rəsmi saytına və Facebook səhifəsinə yerləşdiriləcək.

TOP XƏBƏRLƏR