A

Noyabrın 8-də Heydər Əliyev Mərkəzində tələbələr arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III Ümumrespublika bilik yarışı keçirilib.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyıb. Yarışın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov və Heydər Əliyev Mərkəzinin rəhbəri Anar Ələkbərov çıxış edib.Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 44 komanda mübarizə aparıb.Üç turdan ibarət yarışın hər birində 12 sual səsləndirilib. Suallar Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri, eləcə də Ümummilli Liderin uşaqlıq və gənclik, dövlət təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illəri, siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü ilə bağlı mövzuları əhatə edib.Yarışda verilən cavablar hər bir komandanın layihəyə ciddi hazırlığını, eyni zamanda gənclərin Ümummilli Lider Heydər Əliyevin irsi ilə bağlı hərtərəfli biliklərə yiyələndiklərini nümayiş etdirib.Sonra turlar üzrə qazanılan ümumi xallar əsasında qalib komandalar müəyyənləşdirilib.Gərgin keçən yarışda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına qalib gələrək, birinci yerə layiq görülüb.

Sonda qaliblər mükafatlandırılıblar.   

 Foto AzərTAc   

TOP XƏBƏRLƏR