26 yanvar-2 fevral 2026-cı il tarixlərində Özbəkistan Respublikasında Daşkənd Dövlət İqtisad Universitetinin (Tashkent State University of Economics) təşkilatçılığı ilə “International Winter School” proqramı keçiriləcək. Proqramda UNEC nümayəndələrinin (müəllim heyəti, tədqiqatçılar və tələbələr) iştirakı nəzərdə tutulur.
Proqramın istiqamətləri:
- Akademik mühazirələr və ekspert müzakirələri
- Beynəlxalq iştirakçılar üçün görüşlər və əməkdaşlıq imkanları (networking sessiyaları)
- Mədəni-maarifləndirici səfərlər və ekskursiyalar (Daşkənd, Səmərqənd, Buxara və Gijduvon)
- İmam əl-Buxari memorial kompleksinin ziyarəti
Paket təklifi (əlavə məlumat):
Təşkilatçı universitet tərəfindən təqdim olunan məlumatda 8 günlük akademik-mədəni paket proqramı nəzərdə tutulmuşdur: proqramın akademik hissəsi Daşkənddə, mədəni hissəsi isə Səmərqənd, Buxara və Gijduvon şəhərlərində planlaşdırılır
Paketə daxildir:
- Yerləşmə (Daşkənddə yataqxana; Səmərqənd/Buxarada otellər)
- Şəhərlərarası nəqliyyat və qatar biletləri
- Bələdçi xidməti, muzey və tarixi məkanlara giriş haqları
- 5 dəfə nahar, master-klaslar
- Akademik sessiyalar, sertifikat və təşkilati dəstək
Qeyd: Şam yeməyi paketə daxil deyil və iştirakçılar tərəfindən ayrıca ödənilir.
İştirakçı ödənişi: 690 ABŞ dolları
Əlavə məlumat və müraciət üçün əlaqə: Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.; Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.