"Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsinə dair Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Gənc alimlər arasında akademik Yusif Məmmədəliyevin elmi irsinə həsr olunmuş “Ən yaxşı məqalə” müsabiqəsi elan edilir.
Müsabiqənin məqsədi görkəmli alim akademik Yusif Məmmədəliyevin elmi irsinin öyrənilməsi, təbliği və gənc tədqiqatçılar arasında elmi fəaliyyətə marağın artırılmasıdır.
İştirak şərtləri:
- Müsabiqədə UNEC-in gənc müəllimləri və doktorantları iştirak edə bilərlər.
- Məqalə akademik Yusif Məmmədəliyevin elmi irsinə, onun ideyalarının müasir elm və iqtisadiyyat üçün aktuallığına, eləcə də kimya, energetika, innovasiya və elmin idarə olunması sahələrinə aid olmalıdır.
- Məqalə orijinal tədqiqat əsasında hazırlanmalı və 5–10 səhifə həcmində olmalıdır.
- Məqalələr 10 noyabr 2025-ci il tarixinədək EFTİED vəya Mühəndislik fakultəsinə elektron formatda təqdim edilməlidir. Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
Elmi katib: dos. A.Niyazova; əlaqə: +99450 5351420
Qiymətləndirmə meyarları:
- Mövzunun aktuallığı və elmi yenilik dərəcəsi
- Tədqiqat metodologiyası və nəticələrin elmi əsaslandırılması
- Akademik Yusif Məmmədəliyevin ideyalarına istinad və onların müasir baxışla təhlili
- Məqalənin təqdimat səviyyəsi və yazı mədəniyyəti
Mükafatlandırma:
Müsabiqənin nəticələri akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş elmi seminar çərçivəsində elan olunacaq, qaliblər UNEC rəhbərliyi tərəfindən diplomla mükafatlandırılacaqlar.
Tövsiyə olunan mövzular:
- Akademik Yusif Məmmədəliyevin elmi irsi: milli elmin inkişafında rolu
- Neft-kimya elminin banisi: Yusif Məmmədəliyevin tədqiqat metodologiyası və müasir elmlə əlaqəsi
- Elmi irsin iqtisadi potensialı: Yusif Məmmədəliyev və elmin innovasiya iqtisadiyyatında rolu
- Yusif Məmmədəliyev və milli elmi məktəbin formalaşması
- Elmi liderlik və idarəetmə prinsipləri: Yusif Məmmədəliyevin elmi məktəbi nümunəsində
- Elmin iqtisadi təhlükəsizliyə təsiri: akademik Yusif Məmmədəliyevin elmi ideyaları fonunda
- Kimya elmlərinin inkişafında Yusif Məmmədəliyevin töhfələri və müasir tətbiqləri
- Akademik Yusif Məmmədəliyev və azərbaycan elminin beynəlmiləlləşmə prosesi
- Gənc alimlər üçün elmi fədakarlıq nümunəsi: Yusif Məmmədəliyevin həyat və yaradıcılıq dərsləri
- Yusif Məmmədəliyevin elmi ideyalarının müasir təhsil və tədqiqat mühitində aktuallığı.