UNEC-in Mühəndislik fakültəsinin müəllim və tələbə heyəti Kimya və Biologiya təmayüllü Respublika liseyində şagirdlərlə görüşüb.
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Ekologiya mühəndisliyi” ixtisasının rəhbəri dosent Mövlud Hüseynov, baş müəllim, t.f.d. Kəmalə Mustafayeva, "Materiallar mühəndisliyi" ixtisasının baş müəllimi, i.b.f.d. Vüsalə Musayeva və II kurs tələbəsi Nigar Səfərovanın iştirakı ilə keçirilən görüşdə abituriyentlərə UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyi, tam rəqəmsallaşdırılmış tədris prosesi, ikili diplom proqramları, SABAH qrupları və yüksək ballı tələbələr üçün nəzərdə tutulan xüsusi təqaüd imkanları barədə ətraflı məlumat verilib. Fakültədə “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Qida mühəndisliyi” (o cümlədən, Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı) ixtisaslarına qəbulun həyata keçirildiyini diqqətə çatdırıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırlıb.