30 iyun 2026-cı il tarixində Azərbaycan Texniki Universitetində Almaniyanın “Falling Walls” layihəsi çərçivəsində “İnnovativ tədqiqat layihələri” müsabiqəsi keçiriləcəkdir.
Müsabiqənin məqsədi innovativ və yaradıcı tədqiqat ideyalarının təqdim olunması, gənc tədqiqatçıların və innovatorların beynəlxalq platformalarda iştirakının təşviq edilməsidir.
Müsabiqədə aşağıdakı meyarlara uyğun şəxslər iştirak edə bilərlər:
- 18 yaşdan yuxarı şəxslər;
• İngilis dili biliyinə malik şəxslər (təlim və təqdimatlar ingilis dilində keçiriləcəkdir);
• Hazırda bakalavriat, magistratura və ya doktorantura səviyyəsində təhsil alan tələbələr;
• Elmi-tədqiqat institutları və universitetlərdə gənc tədqiqatçı kimi fəaliyyət göstərən şəxslər.
Universitet məzunları üçün tələblər:
- Bakalavriat təhsilini son 10 il ərzində bitirmiş şəxslər;
• Magistratura təhsilini son 7 il ərzində bitirmiş şəxslər;
• Doktorantura təhsilini son 5 il ərzində bitirmiş şəxslər.
Müsabiqəyə yalnız fərdi müraciətlər qəbul olunur, qrup müraciətlərinə icazə verilmir. Layihə qrup işi olduğu halda, təqdimat edən şəxs öz fərdi töhfəsini aydın şəkildə təqdim etməlidir.
Müsabiqədə iştirak etmək istəyən tələbə və məzunlar 11 iyun 2026-cı il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə və məzunlarını qeyd olunan müsabiqədə fəal iştirak etməyə dəvət edirik.