A

Qaradağ Gənclər evinin abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və Qaradağ Gənclər evinin təşkilatçılığı ilə keçirilən tanışlıq günündə abituriyentlər UNEC-in əsas və III tədris binalarında olublar.

Abituriyentlərinə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Sonra abituriyentlər üçün UNEC-də infotur təşkil olunub. Onlar oxu zalı, İmtahan Mərkəzi, 24/7 kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, Extern Mərkəzi və III tədris binası ilə tanış olublar.

Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR