A

Hədəf liseyinin Azadlıq filialının yuxarı sinif şagirdləri “UNEC-də 1 gün” layihəsində iştirak ediblər.

Abituriyentlər UNEC-in 24/7 kitabxanası, oxu zalı, Radio UNEC, muzey, tələbə yeməkxanası, akt və imtahan zalları, auditoriyalarla tanış olublar. Sonra onlara UNEC-in ixtisasları, beynəlxalq əlaqələri, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, tədris binaları, imtahan sessiyasının təşkili, keçid balları barədə ətraflı məlumat verilib, sualları cavablandırılıb.

Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR