UNEC-də Elm festivalı çərçivəsində “Menecment” kafedrasında “Zamanın idarə edilməsi” adlı onlayn seminar keçirilib.
Seminarda kafedranın müdiri professor Kamil Şahbazov və kafedranın dosenti Oqtay Quliyev çıxış edərək, mövzunun aktuallığını və müasirliyini hərtərəfli və geniş şərh ediblər. Qeyd ediblər ki, vaxtın düzgün idarə olunmasında prioritetləri diqqətlə seçilməli, qarşısına qoyulan məqsədə nail olmaq üçün zamanı, planlamanı və bunun nəticələrini öncədən düşünməli, diqqətlə nəzarət edilməli olduğunu bildiriblər.
Mövzu ilə bağlı müzakirələrdə professor Şəfa Quliyeva, dosentlər Məhəmməd Əliyev, Qadir Bayramlı və başqaları çıxış edibər.