A

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin 2020-ci il məzunu Aqil Mehman oğlu Mirzəliyevin avqust ayının 27-də doğum günü idi. Yaşasaydı 24 yaşı olacaqdı.

UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və şəhidin tələbə yoldaşları şəhidin ailə üzvləri ilə birlikdə Aqil Mirzəliyevin məzarı ziyarət ediblər. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin anım günündə fakültə dekanı dosent Hafis Hacıyev və şəhidin anası Aynurə Mirzəliyeva onunla bağlı xatirələrini bölüşüblər.

Aqil Mirzəliyev 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və 23 oktyabr 2020-ci il tarixində İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Uca Allahdan Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi, xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyirik!

TOP XƏBƏRLƏR