UNEC-də tələbə rektor olmaq istəyən namizədlərin seçkiləri yekunlaşıb.
UNEC-də keçirilən bir illik tələbə-rektor seçkilərində namizədlər fakültələr üzrə müəyyən edilib. Namizədlər seçilərkən tələbənin orta ümumi müvəffəqiyyət göstəricisi, xarici dil biliyi, ictimai fəallığı, yerli və beynəlxalq konfranslarda iştirakı nəzərə alınıb. Fakültələr üzrə namizədlərin siyahısını təqdim edirik:Beynəlxalq İqtisadiyyat Məktəbi - Eşqin Cəfərov, II kursBiznes və Menecment fakültəsi - Zəkəriyyə Heydərov, I kursƏmtəəşünaslıq fakültəsi - Səadət Bayramova, III kursİqtisadiyyat fakültəsi – Fərhad Bayramlı, III kursMaliyyə və Mühasibat fakültəsi - Cabbar Hüseynov, III kursRus İqtisadiyyat Məktəbi - Minayə Hüseynova, I kursSABAH qrupları – Səbinə Vəliyeva, II kursTexnologiya və dizayn fakültəsi – Namiq Ağayev, I kursTürk Dünyası İşlətmə fakültəsi – Şahin Həsənov, II kursAzərbaycanda ilk dəfə UNEC-də tətbiq olunan tələbə rektor layihəsinin məqsədi tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, eləcə də tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşməsidir.
Tələbə rektor universitetin bərabərhüquqlu idarəetmə orqanlarından biri kimi, UNEC-in elmi şurasının və digər struktur bölmələrinin fəaliyyətində, eləcə də tələbələrin maraqlarını əhatə edən məsələlərin müzakirəsi və qərarların qəbul edilməsində iştirak edir.