“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə UNEC-in Zaqatala filialının tələbələrinə “Regionlarda sosial tədqiqat metodları” mövzusunda təlim keçirilib.
UNEC-in müəllimləri iştirakçılara akademik yazı qaydaları, aktual elmi tədqiqat mövzularının müəyyənləşdirilməsi, elmi mənbələrin seçilməsi, müasir texnoloji vasitələrdən istifadə edərək elmi, praktik yeniliklərin izlənilməsi və müxtəlif elmi tədqiqat metodları barədə məlumat veriblər.
Təlim proqramının yekunu olaraq tələbələr elmi məqalələrini təqdim edəcək, 3 ən yaxşı məqalə müəllifi mükafat və diplomlarla təltif olunacaq.
Layihənin əsas məqsədi regionlarda ali təhsil alan gənclərin sosial tədqiqat yönümlü bilik və bacarıqlarını artırmaq, onların akademik yazı vərdişlərini inkişaf etdirmək, elmi araşdırmalara marağını stimullaşdırmaq, eyni zamanda bölgələrdə iqtisadi yönümlü peşəkar kadrların yetişməsinə və ixtisaslaşmasına töhfə verməkdir.