UNEC-in müəllimi Orxan Bayramlının layihəsi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Böyük qayıdış proqramı” çərçivəsində qrant müsabiqəsinin qalibi olub.
“Biznesin idarə edilməsi” kafedrasının müəllimi O. Bayramlı müsabiqəyə “Böyük qayıdış proqramı” çərçivəsində təhsil sahəsində aparılan işlərdə müəllimlərin rolunu və əhəmiyyətini vurğulayan “Qarabağ işığı: Qarabağlı Müəllimin Qayıdışı” adlı filmi ilə qatılıb. Filmin ərsəyə gəlməsində əsas məqsəd Qarabağda təhsilin keyfiyyətini artırmaq, ictimai birliyi gücləndirmək və təhsil sahəsində aparılan yeni islahatları vurğulamaq olub.
Film iştirakçıların böyük marağına səbəb olub.