A

Rektor, professor Ədalət Muradovun müvafiq əmrinə əsasən, 3 fevral 2020-ci  il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti yaradılıb.

Əmrdə göstərilir ki, yeni departament UNEC-in tədris prosesində idarəetmənin təkmilləşdirilməsinin zəruriliyi nəzərə alınaraq yaradılıb. Qeyri-ixtisas fənləri tədris edən "Xarici dillər", "Mülki müdafiə", "Azərbaycan dili", "Rus dili", "Humanitar fənlər" kafedraları fakültələrin tabeliyindən çıxarılaraq 03.02.2020-ci il tarixindən Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin tabeliyinə verilib. "Rus dili" kafedrasının müdir əvəzi, dosent Gülnarə Rzayeva isə departamentin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti Tədris və təlim texnologiyaları üzrə prorektorun tabeliyində olacaq.    

TOP XƏBƏRLƏR