A

Sputnik.az

İqtisadçı Elşən Bağırzadə deyir ki, banklar əlverişli şərtlərlə ölkəyə maliyyə resursları cəlb edə bilirlərsə bu kifayət qədər müsbət addımdır

Azərbaycan Mərkəzi Bankı mart ayı ilə müqayisədə apreldə bankların xarici borclanmasının 7,5 mln. manat və ya 0,4% artdığını bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, bu artımlar əslində o qədər də böyük rəqəm deyil: 

“Bu təhlükəli bir hədd deyil. Ümumiyyətlə, əgər Azərbaycan bankları əlverişli şərtlərlə ölkəyə maliyyə resursları cəlb edə bilirlərsə, bu kifayət qədər müsbət addımdır. Azərbaycanda istehlak və investitsiya kreditlərinin dərəcələri kifayət qədər yüksəkdir. Ona görə də geniş kredit resurslarına çıxış imkanlarının olması müsbət haldır. Hələlik bu məsələdə problemli heç nə yoxdur”.

Elşən Bağırzadə: “Azərbaycanda kredit dərəcələri kifayət qədər yüksəkdir”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay