A

UNEC Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Sosiologiya elmləri doktoru,  professor Hayati Beşirli AzTV kanalının efirində yayımlanan “Əsas Məsələ” proqramının qonağı olmuşdur.

Proqramın əsas mövzusu “Qondarma Erməni Soyqırımı” olmuşdur. Verlişdə mövzu ətrafında müxtəlif aspektlərdən müzakirələr aparılmışdır. Proqramda akademik və mütəxəssislərlə birlikdə, Fransa, Gürcüstan kimi ölkələrin mütəxəssislərinə də müraciətlər olunaraq məsələyə geniş kontekstdə baxılmışdır.

Prof. Hayati Beşirli bildirib ki, ermənilərin 24 Apreli dünyada soyqırım günü kimi elan etməsinin süni və təhrif olunmuş tarixi yaddaş yaratmaq istəklərindən və bunun da ermənilərin tarix inşa etmək prosesinin bir hissəsi olmasından irəli gəlir. Qərb ölkələrinin də tarixlərində soyqırım faktlarının olması və bu əməllərinə, cinayətlərinə ortaq axtarmaq istəkləri nəticəsində “Qondarma Erməni Soyqırımını” Türkiyə və Azərbaycan kimi ölkələrin üzərində təzyiq vasitəsi kimi istifadə edilir.

Prof. Hayati Beşirli həm də vurğulayıb ki, Türkiyə Cumhuriyyəti Azad Komissiya yaradılaraq tarixi hadisələrə obyektiv baxılmasını təklif etsə də qarşı tərəf bu təklifi dəfələrlə rədd etmişdir. Bu da bir daha göstərir ki, məsələ tarixi olmaqdan daha çox siyasidir.

Proqramın videoyazısını təqdim edirik:

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR